Bank Of Baku

Argentina və Azərbaycan şirkətləri birgə layihələr həyata keçirəcək

Argentina və Azərbaycan şirkətləri birgə layihələr həyata keçirəcək
# 03 iyul 2012 09:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanla Argentina arasında münasibətlər cəmi iki il əvvəl qurulsa da, bu müddət ərzində ikitərəfli münasibətlər gözləniləndən də çox inkişaf edib.

«APA-Economics»in məlumatına görə, bunu Argentinanın xarici işlər naziri Hektor Timerman Bakıda keçirilən Azərbaycan-Argentina biznes forumu zamanı bildirib.

Onun sözlərinə görə, hazırda 200-dən artıq Argentina şirkəti Azərbaycana gəlib və onlar yerli şirkətlərlə görüşlər keçirmək niyyətindədir: «Bu, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini, dünyada vacib rol oynamasını, eləcə də iki ölkə arasında iqtisadi əməkdaşlığın dünya iqtisadi böhranına qarşı mübarizədəki rolunu bir daha sübut edir».

Nazir hər iki tərəf üçün əməkdaşlığın vacib tərəflərini açıqlayarkən deyib ki, Azərbaycanda energetika və neft sənayesi, Argentinada isə kənd təsərrüfatı sənayesi xüsusi inkişafa malikdir: «Bu mənada iki ölkənin iqtisadiyyatları bir-birini tamamlaya bilər».

Nazir qeyd edib ki, biznes-forumda iki ölkə şirkətlərinin investisiya yatırması məsələləri də müzakirə ediləcək: «Forumda konkret layihələr və sərmayə sahəsində təmsil olunan şirkətlər, o cümlədən banklar iştirak edir və onlar azərbaycanlı tərəf müqabilləri ilə əlaqədar ortaq layihələr üzərində çalışmağa başlayacaqlar ki, həm Argentinada, həm də Azərbaycanda ortaq maliyyələşdirməyə malik layihələr üzərində işləyəcəklər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR