Bank Of Baku

® Tümendə “Gilan” Qəbələ Konserv Zavodu məhsullarının təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

<font color=red>® </font>Tümendə “Gilan” Qəbələ Konserv Zavodu məhsullarının təqdimat mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 03 iyul 2012 14:03 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbir Tümen vilayətinin Qonaqpərvərlik Assosiasiyasının və Ümumrusiya Azərbaycan Konqresi Tümen regional şöbəsinin dəstəyi ilə keçirilib.

Açıq görüşdə Tümen vilayətinin Qonaqpərvərlik Assosiasiyasının prezidenti Larisa Nevidaylo, Lisenziyalaşdırma və İstehlak Bazarının Tənzimi regional şöbəsinin müdiri Andrey Panteleyev, Ümumrusiya Azərbaycan Konqresinin Tümen regional şöbəsinin müdir müavini Elşən Cəfərov, restoratorlar, kiçik və böyük ticarət şəbəkələrinin nümayəndələri, dövlət işçiləri və KİV nümayəndələri iştirak edib.

Tümen vilayətinin Qonaqpərvərlik Assosiasiyasının prezidenti, «Maksim» restoran holdinqinin başçısı Larisa Nevidaylo çıxışında bildirib ki, dostluq əlaqələrinin gücləndirilməsi, restoran və mehmanxana sahəsində fəaliyyət göstərən şirkətlər arasında əlaqələrin qurulmasına kömək göstərmək assosiasiyanın prioritet istiqamətlərindən biridir: «İnanırıq ki, bu tanışlıq möhkəm işgüzar əlaqələrin əsasını qoyacaq».

“Gilan Qəbələ Konserv Zavodu” MMC-nin xarici iqtisadi əlaqələr şöbəsinin meneceri Sədrəddin Bəşirov bildirib ki, şirələr geniş dad çeşidinə malikdir. Belə ki, istehsal prosesində 17-dən çox meyvə və giləmeyvədən istifadə edilir. Onların arasında feyxoa, zoğal, ərik, heyva, üzüm, albalı, armud, şaftalı, gavalı, tomat, alma və s. növlər var. “Gilan” Qəbələ Konserv Zavodunun məhsulları dünyanın 30-dan artıq ölkəsində uğurla satılır, bunların sırasında ABŞ, İngiltərə, Kanada, Fransa, BƏƏ və əlbəttə ki, Rusiyanı qeyd etmək olar. Biz Tümen müəssisələrinə ən yaxşı məhsullarımız olan şirə, nektar, kompot, mürəbbə və cemləri təqdim etməkdə şadıq. Ümid edirik ki, onlar restoran menyularında və mağaza rəflərində öz layiqli yerlərini tapa biləcək, həmçinin tümenlilərin sevgisini qazana biləcəklər», - deyə S.Bəşirov qeyd edib.

Tədbirdə qonaqlara dequstasiya üçün şirələr, həmçinin təravətli çayla birgə mürəbbə və cemlər də təqdim olunub. Mərasimin sonunda bütün iştirakçılara “Gilan” Qəbələ Konserv Zavodunun müxtəlif məhsulları olan hədiyyə paketləri də təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR