Bank Of Baku

Lənkəranda “Biznesin əsasları” mövzusunda treninq keçirilib

Lənkəranda “Biznesin əsasları” mövzusunda treninq keçirilib
# 06 iyul 2012 15:14 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün “Biznesin əsasları” mövzusunda treninq keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə BBTM-in Lənkəran nümayəndəliyinin əməkdaşları, eləcə də Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Treninqdə biznesin mahiyyəti, biznes mühiti, biznesin təşkilati-hüquqi formaları, biznesin idarə edilməsinin təşkili, biznesin təhlükəsizliyi və s. barədə sahibkarlara ətraflı məlumat verilib.

Tədbir çərçivəsində həmçinin İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR