Türkiyənin ən böyük investorlarından biri «Khazar İslands» layihəsinə maraq göstərir - FOTOSESSİYA
Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirilən görüşdə «Avesta» şirkətinin rəhbəri Hacı İbrahim İbrahimov türkiyəli investora Azərbaycanda həyata keçirilən investisiya layihələri, «Khazar İslands» layihəsi və onun hazırkı durumu barədə məlumat verib.
Azərbaycana ilk dəfə gələn Ə.Ağaoğlu jurnalistlərə açıqlamasında «Khazar İslands» layihəsi ilə tanış olduğunu və bu layihənin onu çox maraqlandırdığını bildirib: «Bakıya cənab İbrahimovun qonağı kimi birgə əməkdaşlıq imkanlarımızı müzakirə etmək üçün gəlmişəm. Hazırda Azərbaycanda, Bakıda böyük layihələr həyata keçirilir. Layihə ilə tanış oldum və o, məni inanılmaz dərəcədə maraqlandırdı. Səfərimiz də bu layihə ilə tanış olmaq və əməkdaşlığı müzakirə etmək məqsədi daşıyır. Səfər zamanı bu layihənin tikintisi və burda ortaq görə biləcəyimiz işlərlə tanış olacağıq. «Khazar İslands» dünya miqyaslı bir layihədir və Azərbaycanın, Bakının dünyadakı imicinə böyük töhfə verəcək. Mən bu münasibətlə cənab İbrahimovu təbrik etmək istəyirəm».
«Khazar İslands» layihəsinin müəllifi, «Avesta» şirkətinin rəhbəri Hacı İbrahim İbrahimov Türkiyənin nüfuzlu iş adamının Azərbaycana səfərinin və buradakı layihələrlə maraqlanmasının Azərbaycanda gedən sürətli inkişafın göstəricilərindən biri olduğunu bildirib: «Türkiyədən Əli Ağaoğlu kimi iri investorun maraq göstərməsi bu layihənin necə möhtəşəm olduğunu göstərir - bu o deməkdir ki, artıq «Khazar İslands» layihəsi dünya miqyasında tanınır. «Khazar İslands» layihəsi Əli bəyi maraqlandırıb. Biz onu layihə ilə yaxından tanış edəcəyik və düşünürəm ki, bu layihədə birlikdə bəzi işlər görəcəyik».
Layihənin nəzərdə tutulan qrafik üzrə uğurla həyata keçirildiyini bildirən İ.İbrahimov qeyd edib ki, artıq 300 hektar sahə qurudulub: «Burada 10-a qədər restoran tikilir, onların tikintisi yaxın vaxtlarda - iki ay müddətində başa çatacaq. Bundan başqa, 4 km yolun asfaltını çəkib işıqlandırılmasını təmin etmişik, böyük bir körpünün inşasına başlamışıq və onu iki ay müddətində başa çatdıracağıq».
«Avesta» rəhbəri bildirib ki, artıq «Khazar İslands» layihəsi dünya investorlarının diqqətini cəlb edib. Dünyanın müxtəlif yerlərindən investorlar və iş adamları bu layihəyə maraq göstəriblər, bununla bağlı görüşlər keçirilib və belə görüşlər davam edir: «Artıq layihəyə xarici investisiyaların cəlb edilməsi ilə bağlı ilkin müqavilə də bağlanıb. Sentyabrın ortalarında dövlət rəhbərliyinin iştirakı ilə bu layihənin təqdimetmə mərasimini keçirmək planlaşdırılır».
Bu gün türkiyəli iş adamının rəhbərlik etdiyi nümayəndə heyəti «Khazar İslands»ın tikinti ərazisində də olaraq layihə və işləri gedişi ilə yerində tanış olublar.
Xatırladaq ki, Əli İbrahim Ağaoğlu 1954-cü ildə Trabzon şəhərində anadan olub. İş həyatına 1975-ci ildə başlayıb. Hazırda onun başçılıq etdiyi «Agaoglu Group» 1990-cı ildən Türkiyədə iri tikinti layihələri reallaşdırmaqla məşğuldur. İndiyədək şirkət «My World», «My Office», «My Towerland» kimi yüksək keyfiyyətli tikinti layihələri həyata keçirib. Hazırda «Agaoglu Group»un fəaliyyəti tikinti və kurort biznesi kimi sahələri əhatə edir. Məşhur «Forbes» jurnalının 2011-ci ildə apardığı araşdırmalara əsasən, Ə.Ağaoğlu 2,1 mlrd. dollar kapitalla Türkiyədə 10-cu, dünyada isə 564-cü varlı və nüfuzlu şəxsdir.
Dənizdə süni arxipelaq üzərində salınacaq «Khazar Islands» ümumi sahəsi 3 min hektar olan 41 müxtəlif ölçülü adadan və onun üzərində salınmış 19 mikrorayondan ibarət olacaq. Arxipelaqın uzunluğu 8 km, eni 3 km olmaqla ümumilikdə 24 kv. km-i əhatə edəcək. Adaların bulvar xəttinin ümumi uzunluğu 50 km-ə çatacaq. Layihənin icrası ümumilikdə təqribən 100 mlrd. ABŞ dollarına başa gələcək və 4 mərhələdə həyata keçiriləcək. İlk mərhələ 2016-cı ildə başa çatacaq və bu işlər çərçivəsində 5 mln. kv. metr və ya 40 min mənzil tikiləcək. İlkin mərhələ üçün 12 mlrd. dollar investisiya tələb olunur ki, bunun da 4 mlrd. dollarının xarici investorlardan cəlb edilməsi nəzərdə tutulur.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb