Bank Of Baku

Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə müraciətlərin 85 faizi Bakı şəhərinin payına düşür

Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə müraciətlərin 85 faizi Bakı şəhərinin payına düşür
# 10 iyul 2012 12:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin ilk yarısında Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 142 573 müraciət daxil olub.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, müraciətlərin 73 571-i müfəttiş operatorlar tərəfindən canlı rejimdə, 69 002 müraciət isə avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılıb. Bu müddətdə mesaj xidməti vasitəsilə 240 346 halda vergi ödəyiciləri məlumatlandırılıb: «2011-ci ilin müvafiq dövrü ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 26,2%, mesaj xidməti vasitəsilə məlumatlandırılan vergi ödəyicilərinin sayı isə 3,2 dəfə artıb».

Nazirlik bildirir ki, vergi ödəyicilərinin müraciətləri daha çox elektron xidmətlər (27,9%), hesabatlar və onların doldurulma qaydaları (16,5%), vergi növləri (14,3%), qeydiyyat (14,6%), büdcə, vergi ödəyiciləri və vergi orqanının rekvizitləri (8,4%), vergi ödəyicilərinə göndərilmiş mesajlar (3,6%) barədə olub.

Vergi ödəyicilərindən daxil olan sualların 98,8%-nə müfəttiş-operatorlar dərhal, 1,2%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər. Daxil olmuş müraciətlərin 86,9%-i 30 saniyə ərzində cavablandırılmaya qəbul edilib və orta hesabla birbaşa cavablandırılan 1 müraciət 3 dəqiqə 44 saniyə ərzində cavablandırılıb.

Müfəttiş operatorlarla ilk telefon əlaqəsindən sualların tam cavablandırılması səviyyəsi 90,3%, müraciət edənlərin razı qalma səviyyəsi isə 98,6% təşkil edib. Sualların 84,7%-i Bakı şəhərindən, 11,1%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub. Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 281 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR