Bank Of Baku

Bakıda keyfiyyətsiz sərinləşdirici içki istehsalı aşkarlanıb

Bakıda keyfiyyətsiz sərinləşdirici içki istehsalı aşkarlanıb
# 11 iyul 2012 10:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti sərinləşdirici içkilər bazarında monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata əsasən, xidmət tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəb küçəsi,4A ünvanında Süleyman Süleymanova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı portağal, qarağat nektarlarının və qazlı suların uyğunluq sertifikatı olmadan istehsal edildiyi, düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərildiyi aşkar edilib. Bundan başqa, yoxlama zamanı albalı, şaftalı, qarağat və portağal nektarlarının etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan sözlərin («Cherry nectar», «Peach nectar», «Black-Currant nectar», «Orange nectar») yazıldığı müəyyən edilib. Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Araşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR