Bank Of Baku

Lənkəranda antisanitar vəziyyətdə məhsul istehsal edən sexin fəaliyyəti dayandırılıb

Lənkəranda antisanitar vəziyyətdə məhsul istehsal edən sexin fəaliyyəti dayandırılıb
# 11 iyul 2012 12:52 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsi Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisində sahibkar İlham Şabala oğlu Nurəliyevə məxsus jeleli marmelad sexində reyd keçirib.

APA-nın Cənub bürosunun məlumatına görə, reyd zamanı sexdə antisanitariya vəziyyətinin hökm sürdüyü, İstehsal edilən məhsulların saxlanılması şəraitinin normalara cavab vermədiyi aşkarlanıb.

Məlum olub ki, malların etiketlərində markalanma tam getməyib, xammal və istehsal olunan məhsulların normativ texniki sənədləri, gigiyenik uyğunluq sertifikatları yoxdur. Bütün bu nöqsanlara görə sexin sahibinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsi tərəfindən iradnamə-tələbnamə təqdim edilməklə müəssisənin bağlanması, hazır məhsulun satışının qadağan olunması barədə qərar çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR