Bank Of Baku

Səttar Mehbalıyev: «Türkiyə investorları Azərbaycan iqtisadiyyatına 7 mlrd. dollardan çox sərmayə yatırıb»

Səttar Mehbalıyev: «Türkiyə investorları Azərbaycan iqtisadiyyatına 7 mlrd. dollardan çox sərmayə yatırıb»
# 12 iyul 2012 08:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. «Azərbaycan müstəqillik qazandıqdan sonra 1000-dən artıq Türkiyə şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlər tərəfindən Azərbaycana 7 mlrd. dollardan çox sərmayə qoyulub».

APA-nın məlumatına görə, bunu «Türk-Metal» Həmkarlar Təşkilatları Birliyi Direktorlar Şurasının Bakıda keçirilən iclasında Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, son 20 ildə Azərbaycan şirkətləri Türkiyəyə 8 mlrd. dollar həcmində sərmayə yatırıb: «Bunun 7 mlrd. dolları Azərbaycan Dövlət Neft Şirkətinin payına düşür. Ölkələrimiz arasında neft sektorunda aparılan işlər Azərbaycanın sərmayəsini getdikcə artırır».

Konfederasiya sədri bundan sonra iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib: «Hazırda Türkiyədə 850 Azərbaycan şirkəti fəaliyyət göstərir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR