Bank Of Baku

Maliyyə Nazirliyi: “Laçın” Ticarət Mərkəzində satılan qızıl məmulatlarının əksəriyyətinin əyarı düzgün deyil

Maliyyə Nazirliyi: “Laçın” Ticarət Mərkəzində satılan qızıl məmulatlarının əksəriyyətinin əyarı düzgün deyil
# 16 iyul 2012 13:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov -APA-Economics. Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Laçın” Ticarət Mərkəzində aparılan nəzarət tədbirləri zamanı kütləvi pozuntular aşkarlanıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, “Qiymətli metallar və Qiymətli daşlar haqqında” qanunun tələblərinə əməl edilməsi ilə bağlı sahibkarlıq subyektində həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi ilə B.Nuriyev küçəsinin kəsişməsi ünvanında yerləşən “Laçın” Ticarət Mərkəzində dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, yüksək əyar adı altında aşağı keyfiyyətli zərgərlik məmulatların istehlakçılara təklif edilməsi faktlarının kütləvi xarakter daşıdığı bir daha müəyyən edilib.

Adı çəkilən Ticarət Mərkəzində fəaliyyət göstərən Məmmədov Emil Mahal oğluna məxsus obyektdə aparılan yoxlama zamanı satışda olan bütün məmulatların, yəni 907 ədəd zərgərlik məmulatının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub.

Alıcılara təklif edilən həmin zərgərlik məmulatlarının 786 ədədi, yəni 87%-nin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib: « Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti xəbərdarlıq edir: dövlət əyar damğası - zərgərlik məmulatlarının keyfiyyətinə dövlət zəmanətidir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR