Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyasında İndoneziya səfiri ilə görüş keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasında İndoneziya səfiri ilə görüş keçirilib
# 18 iyul 2012 13:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Prayono Atyanto ilə görüşüb.

ASK-dan «APA-Economics»ə verilən məlumata əsasən, görüşdə M.Musayev AŞK və onun fəaliyyəti barədə məlumat verib, iki ölkə sahibkarları arasında iqtisadi əməkdaşlıq imkanları və bu əlaqələrin genişləndirilməsi məsələləri üzrə müzakirələr aparılıb.

Əməkdaşlığın intensivləşməsi üçün ilkin olaraq İndoneziyanın müvafiq assosiasiyası ilə birgə əməkdaşlıq müqaviləsinin imzalanması və hər iki ölkədə sahibkarların iştirakı ilə biznes-forumların keçirilməsi məqsədəuyğun hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR