Bank Of Baku

Azərbaycanda iaşə dövriyyəsinin həcmi 20% artıb

Azərbaycanda iaşə dövriyyəsinin həcmi 20% artıb
# 25 iyul 2012 08:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda iaşə dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,4% artaraq 277,2 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə özəl sektorda iaşə dövriyyəsinin 48,5%-i hüquqi şəxs statuslu müəssisələrin, 51,5%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların iaşə fəaliyyəti sayəsində formalaşıb: «Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 mln. manat və ya 13% artaraq 137,6 mln. manat olub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR