Bank Of Baku

Buenos-Ayresdə Argentina-Azərbaycan Biznes Forumu keçirilib - FOTO

Buenos-Ayresdə Argentina-Azərbaycan Biznes Forumu keçirilib - <font color=red>FOTO</font>
# 27 iyul 2012 10:47 (UTC +04:00)
Bakı – APA. İyulun 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Argentinaya rəsmi səfəri çərçivəsində Buenos-Ayresin San Martin Sarayında Argentina-Azərbaycan Biznes Forumunun rəsmi açılış mərasimi keçirilib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər iki tərəfdən 250-dən artıq iş adamının iştirak etdiyi biznes forumda Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yahuar, daxili ticarət üzrə dövlət katibi Guillermo Moreno və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış ediblər. Natiqlər Azərbaycan və Argentinanın son illər əldə etdiyi iqtisadi uğurlarından, Azərbaycan-Argentina əməkdaşlığının intensiv xarakter almasından və geniş əməkdaşlıq perspektivlərindən danışıblar.

Forum çərçivəsində hər iki ölkənin iqtisadiyyatı və iki ölkə arasında potensial əməkdaşlıq imkanlarına dair təqdimatlar keçirilib və şirkətlərin nümayəndələri arasında işgüzar görüşlər təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR