Bank Of Baku

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 394,3 minə çatıb

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 394,3 minə çatıb
# 30 iyul 2012 11:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayeva – APA-Economics. Bu ilin iyulun 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 394 283 təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə fərdi sahibkarların çox hissəsi «Ticarət; nəqliyyat vasitələrinin təmiri» (40,9%), «Nəqliyyat və anbar təsərrüfatı» (17,7%), «Digər sahələrdə xidmətlərin göstərilməsi» (13,4%) və «Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq» (10,6%) sahələrində qeydiyyatdan keçib.

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin əsas hissəsi Bakıda (36,7%), Aran (18,2%), Gəncə-Qazax (11,3%) və Abşeron (7,4%) iqtisadi rayonlarında qeydiyyata alınıb: «Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin 83,5%-ni kişilər, 16,5%-ni isə qadınlar təşkil edib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR