Bakı Biznes Tədris Mərkəzində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ekspertləri ilə görüş keçirilib
01 avqust 2012 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Biznes Tədris Mərkəzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış «Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi» çərçivəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) ekspertləri ilə görüş keçirilib.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə iştirak edən Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov Mərkəzin fəaliyyəti, Azərbaycanda XİZ və Sənaye Şəhərciklərinin inkişafına dəstək göstərmək üçün həyata keçirilməsi nəzərdə tutulan təlimlər və seminarlar, kadrların ixtisasının artırılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Almaniyada keçirilən ixtisasartırma kursları barədə ətraflı məlumat verib.
Görüşdə həmçinin XİZ və Sənaye Parklarının idarə olunması və insan potensialının gücləndirilməsi istiqamətində azərbaycanlı və koreyalı ekspertlərin birgə həyata keçirəcəyi tədqiqatlar müzakirə edilib.

Sahibkarlıq
Kazan Forumunda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair dəyirmi masa keçirilib
18:24
17 may 2024
Mahayət Nəbiyev: “Kristal Abşeron" tikintidə enerji qənaəti üçün innovativ texnologiyalarda istifadə edir
17:35
17 may 2024
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
12:28
17 may 2024
Nazir müavini: Enerji keçidində maliyyələşdirmə ilə bağlı bütün maraqlı tərəflərlə işləməyə hazırıq
11:23
17 may 2024