Bank Of Baku

Rusiyanın pul emalı və saxlanılması üçün texnika vasitələrinin əsas tədarükçüsü Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

Rusiyanın pul emalı və saxlanılması üçün texnika vasitələrinin əsas tədarükçüsü Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir
# 02 avqust 2012 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiya və MDB ölkələrində kağız pul emalı və saxlanılması üçün texnika vasitələrinin əsas tədarükçüsü kimi tanınan Rusiyanın «DİİP 2000» şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, regionun çoxlu sayda qabaqcıl bankları sözügedən şirkətlə davamlı olaraq əməkdaşlıq etməkdədir. Şirkətin istehsal etdiyi texnologiya ən yüksək standartlara cavab verir və dünyanın öncül şirkətləri olan «KISAN Electronics Co. Ltd.» (Cənubi Koreya), «PLUS» (Cənubi Koreya), «ROBUR» (İsveç) və «Ctcoin» (Danimarka) şirkətlərinə istehsal etdiyi texnikasının satışını həyata keçirir. Şirkət yalnız kağız pul istehsalı və saxlanılması üçün deyil, həmçinin ofis üçün digər texnikalar (pul sayma aparatı, seyf avadanlıqları) istehsal edir: «Şirkət Azərbaycan şirkətləri ilə də sıx əməkdaşlıq qurmaq niyyətindədir».

Əlaqə telefonu: (+7 499) 1420848.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR