Bank Of Baku

Nazir müavini Niyazi Səfərov: «Elektron xidmətlər sahibkarlığın inkişafında mühüm rol oynayır»

Nazir müavini Niyazi Səfərov: «Elektron xidmətlər sahibkarlığın inkişafında mühüm rol oynayır»
# 06 avqust 2012 10:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayır. «APA-Economics»in məlumatına görə, bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə gör, son 10 il ərzində Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində bir sıra mühüm işlər həyata keçirilib: «İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırda 7 istiqamət üzrə interaktiv və 9 istiqamət üzrə məlumat xarakterli elektron xidmətlər göstərilir və bu, ölkədə sahibkarlığın inkişafında birbaşa rol oynayır».

Nazir müavini onu da bildirib ki, hazırda Nazirliyin rəsmi veb-saytında sahibkarlıq fəaliyyəti subyektlərinə 2 lisenziyanın verilməsi, 2 məişət sertifikatının verilməsi və kommersiya hüquqi şəxslərin qrant müqavilələrinin qeydiyyatı ilə bağlı müvafiq bölmə yaradılıb. Eyni zamanda, veb-sayt vasitəsilə dövlət rüsumlarının ödənilməsi və digər ödənişlərin həyata keçirilməsi üçün şərait yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR