Bank Of Baku

Azərbaycanda I yarımillikdə 82 SC-də səhmdarların hüquqlarının ciddi pozulması faktları aşkarlanıb

Azərbaycanda I yarımillikdə 82 SC-də səhmdarların hüquqlarının ciddi pozulması faktları aşkarlanıb
# 09 avqust 2012 16:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda səhmdarların hüquqlarının müdafiəsi, habelə səhmdarlar arasında münasibətlərin tənzimlənməsi tədbirləri təmin edilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Komitəyə 218 səhmdar cəmiyyəti ilə bağlı səhmdarların hüquqlarının pozulması barədə 116 şikayət ərizəsi və 13 müraciət daxil olub: «Araşdırma aparılmış səhmdar cəmiyyətlərinin 82-nin fəaliyyətində ciddi qanun pozuntuları aşkar olunduğuna görə, həmin səhmdar cəmiyyətlərinə qarşı 17 050 manat məbləğində inzibati cərimələr tətbiq edilib, 92 səhmdar cəmiyyətinə fəaliyyətlərində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında icrası məcburi göstərişlər verilib».

Eyni zamanda, səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarının üzvlərinə və səhmdarlarına qiymətli kağızlar bazarı və səhmdar cəmiyyətləri haqqında milli qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR