Bank Of Baku

Şamaxı rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Şamaxı rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
# 15 avqust 2012 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şamaxı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Şamaxı rayonu üzrə sahibkarlıq subyektlərindən müasir heyvandarlıq kompleksinin, müasir ət kəsimi müəssisəsinin, kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının və müasir soyuducu kompleksinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR