Bank Of Baku

Ukrayna Azərbaycan investorlarını Krıma cəlb etmək niyyətindədir

Ukrayna Azərbaycan investorlarını Krıma cəlb etmək niyyətindədir
# 16 avqust 2012 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ukraynanın «Finprom» dövlət şirkəti Ukraynada və Krım Muxtar Respublikasında iri beynəlxalq investisiya layihələrinin həyata keçirilməsində maraqlı olan Azərbaycan şirkətləri ilə əlaqələrin qurulmasında maraqlıdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, şirkətin əsas fəaliyyəti Ukrayna iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi üzrə strateji layihələrin hazırlanmasından ibarətdir. «Finprom» Ukraynada xarici investisiyalı birgə müəssisələrin yaradılmasına və cəlb edilmiş sərmayələrin qorunmasına cavabdeh olan şirkətdir. Şirkətdən daxil olan məlumata görə, Krım Muxtar Respublikasında sərmayə qoyuluşu üçün geniş imkanlar mövcuddur. Krımda maraq doğuran əsas iqtisadi sahələr sırasına kənd təsərrüfatı (iri buynuzlu heyvandarlıq, bitkiçilikdə yeni texnologiyaların tətbiqi, istixanaların, anbarların, meyvə və tərəvəz emalı üzrə zavodların tikintisi və s.), sosial mərkəzlərin və infrastruktur obyektlərinin tikintisi (yaşayış evlərinin, ticarət mərkəzlərinin, xəstəxanaların, uşaq bağçalarının, stadionların və s. tikintisi və rekonstruksiyası), turizmin inkişafı (mehmanxanaların, istirahət mərkəzlərinin, parkların tikintisi və rekonstruksiyası və s.), alternativ və bərpa olunan enerji üzrə layihələrin həyata keçirilməsi (günəş elektrostansiyalarının tikintisi), balıqçılığın inkişafı və balıq konserv məhsullarının istehsalı, ekoloji layihələr (tullantıların təkrar emalı üzrə zavodların, su təchizatı və çirkab suların təmizlənməsi sistemlərinin tikintisi), gəmiqayırma və təyyarə istehsalı, avtomobil və dəmir yollarının tikintisi və rekonstruksiyası daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR