Bank Of Baku

Azərbaycan paytaxtında keyfiyyətsiz şirniyyatların istehsalı dayandırılıb - FOTOSESSİYA

Azərbaycan paytaxtında keyfiyyətsiz şirniyyatların istehsalı dayandırılıb - <font color=red>FOTOSESSİYA</font>
# 17 avqust 2012 13:56 (UTC +04:00)
Bakı – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi,11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zamiry İran Hamidə məxsus istehsal sexində (müəssisəni etibarnamə ilə Bəylər Kərimov idarə edir) dövlət nəzarəti aparıb.

«APA-Economics»in məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydaların tələblərinə cavab verən, standartın tələblərinə uyğun, insan həyatı və sağlamlığı üçün təhlükəsiz məhsul istehsal etmək üçün lazımi şəraiti mövcud deyil. Müəssisədə qarğıdalı çubuqları, vafli, marmelad və «Moskva», «Kiev», «Dobraya korova», «Domaşneye», «Xaş-xaşlı kreker», «Balıq kreker», «Sport», «Jasmin» adlı müxtəlif növ peçenyelər AZS Milli Sertifikatlaşdırma Sisteminin qaydalarına əsasən sertifikatlaşdırılmadan istehsal olunur. Aşkar olunmuş nöqsanlarla bağlı etibarnamə ilə fəaliyyət göstərən Bəylər Kərimova qarğıdalı çubuqları, vafli, marmelad və müxtəlif növ peçenyelərin istehsalı və satışı qadağan edilib, 1500 manat miqdarında cərimə edilib.

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti həmin ünvanda fəaliyyət göstərən fiziki şəxs Haşem Baceri Fathaliyə məxsus istehsal sexində də dövlət nəzarəti aparıb.

Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə «Toppuş» və «Şəbnəm» nişanlı qarğıdalı çubuqları, «Popcorn» qarğıdalısı, marmelad, noğul və külçə məhsulları AZS Milli Sertifikatlaşdırma Sisteminin qaydalarına əsasən sertifikatlaşdırılmadan satışa çıxarılır. Müəssisədə sanitariya norma və qaydalara riayət olunmur, təhlükəsiz məhsul istehsal etmək üçün lazımi şərait yoxdur. Bundan başqa məhsulların içinə hədiyyə kimi qoyulan Çin istehsalı olan plastik kütlədən hazırlanmış oyuncaqların mənşə, keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər yoxlamaya təqdim edilməyib. İstismar olunan 67 ədəd ölçmə vasitəsi müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.

Aşkar olunmuş nöqsanlarla bağlı fiziki şəxs Haşem Bağeri Fathaliyə qarğıdalı çubuqları, noğul, marmelad, kurabiyə və Lənkəran külçəsinin istehsalı və satışı qadağan edilib, İnzibati Xətalar Məcəlləsinə əsasən 1500 manat miqdarında cərimə edilib.

Dövlət Komitəsinin 963 nömrəli qaynar xəttinə daxil olmuş şikayət əsasında Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi,28 ünvanında fəaliyyət göstərən fiziki şəxs İgidova Mənsurə Əvəz qızı adına qeydiyyatda olan topdansatış ticarət şəbəkəsində də araşdırma aparıb. Araşdırma zamanı müəyyən olunub ki, M.İgidovanın adına qeydiyyatda olan ərzaq və qeyri-ərzaq məhsullarının topdansatışının həyata keçirildiyi ticarət şəbəkəsində saxlanılan və satılan məhsullar normativ sənədlərə uyğun olmayan şəraitdə saxlanılır, saxlanılma rejiminə riayət olunmur. Nəticədə, topdansatış ticarət şəbəkəsində ərzaq məhsullarının satışı qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR