Bank Of Baku

Azərbaycanın www.icazeler.gov.az portalını ziyarət edən internet istifadəçilərinin sayı 24 mini keçib

Azərbaycanın www.icazeler.gov.az portalını ziyarət edən internet istifadəçilərinin sayı 24 mini keçib
# 22 avqust 2012 10:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış www.icazeler.gov.az portalını ötən ay 6 minə yaxın internet istifadəçisi ziyarət edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, portal dövlət başçısının «Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında» fərmanına əsasən yaradılıb: «Hazırda portal internet istifadəçiləri tərəfindən maraqla izlənilir. Təkcə 2012-ci ilin iyul ayında 280-ə yaxın ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Avstriya, Rusiya, Koreya, Türkiyə və Gürcüstandan olmaqla 6 minə yaxın internet istifadəçisi portalın xidmətlərindən istifadə edib. Ümumilikdə isə, istifadəyə verildiyi tarixdən indiyədək saytı 24 mindən çox istifadəçi ziyarət edib».
Bundan başqa, iyul ayında mərkəzi icra hakimiyyəti orqanlarının 26 qanunvericilik aktının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilib.

Qeyd edək ki, sözügedən portal icazəverici sənədlər, onların alınması proseduraları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR