Bank Of Baku

Bərdə rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Bərdə rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
# 23 avqust 2012 07:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bərdə rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Bərdə rayonu üzrə sahibkarlıq subyektlərindən taxılçılıq təsərrüfatları, intensiv bağçılıq təsərrüfatları, kiçik və orta həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.
Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR