Bank Of Baku

Gələn həftə Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək

Gələn həftə Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
# 23 avqust 2012 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın Reynland-Pfalz əyalətinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində avqustun 27-də Bakıda 14-cü Azərbaycan-Almaniya biznes forumu keçiriləcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, mebel istehsalı, logistika və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.

Biznes-forum çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına, Almaniyanın Reynland-Pfalz əyalətinin iqtisadiyyatına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR