Bank Of Baku

Azərbaycanın bir neçə şəhər və rayonunda məhsul satışı qadağan edilib - FOTOSESSİYA

Azərbaycanın bir neçə şəhər və rayonunda məhsul satışı qadağan edilib - <font color=red>FOTOSESSİYA</font>
# 24 avqust 2012 09:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar şəhəri, Müqtədir küçəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülarə Hacıyevaya məxsus çörək sexində dövlət nəzarəti aparılıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, müəssisədə gigiyenik və AZS Milli Sertifikatlaşdırma Sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal həyata keçirilir, müəssisə texnoloji sənədlər olmadan fəaliyyət göstərir, sexdə sanitar norma və qaydalara riayət edilmir. Aşkar edilmiş bu və digər nöqsanlara görə fiziki şəxs G.Hacıyevaya məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilib, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək 1500 manat məbləğində cərimə edilib.

Bundan başqa, aparılan yoxlamalar zamanı Komitənin ərazi idarələri tərəfindən Sumqayıt şəhərində «Vüsal-B» firmasında preslənmiş, doğranmış, rəfinə olunmuş qənd, «VAT» MMC-də portlandsement, Bərdə şəhərində fiziki şəxs Etiram Sədiyevə məxsus sexdə «duşes» limonadı, Abşeron rayonu, Novxanı kəndində «Duet» firmasında daxili kanalların istehsalı və satışı, Oğuz şəhərində fiziki şəxs Akif Ənsərova məxsus maye qaz doldurma məntəqəsində maye qaz məhsullarının satışı qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR