Bank Of Baku

Göygöl və Daşkəsəndə sahibkarlar üçün treninqlər keçirilib

Göygöl və Daşkəsəndə sahibkarlar üçün treninqlər keçirilib
# 24 avqust 2012 16:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Göygöl və Daşkəsən rayonlarında «Aqrar iqtisadiyyat», «Layihələrin idarə edilməsi», «Bacarıqların inkişaf etdirilməsi» və «Turizmin inkişaf perspektivləri» mövzularında sahibkarlar üçün treninqlər keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirlərdə Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyi, Göygöl və Daşkəsən rayonlarının icra hakimiyyətləri, Azərbaycan Aqrar Universitetinin əməkdaşları və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən gənclər iştirak ediblər.

Treninqlərdə iştirakçılara aqrar sahədə kooperasiyanın mütərəqqi formaları, yüksək keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulması, investisiya layihələrinin hazırlanması metodologiyası və onun həyata keçirilməsi yolları, layihənin məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyət planının və proqramının hazırlanması, layihənin büdcə planlaşdırılması, innovasiyaların tətbiqi barədə ətraflı məlumat verilib.

Tədbirlərdə həmçinin turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, kənd turizminin formalaşdırılması, kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR