Bank Of Baku

Almaniyanın Reyn-Hessen əyalətinin Sənaye-Ticarət Palatası Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir

Almaniyanın Reyn-Hessen əyalətinin Sənaye-Ticarət Palatası Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir
# 27 avqust 2012 08:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsinin həcmi 936 mln. ABŞ dolları təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Bakıda keçirilən XIV Azərbaycan-Almaniya biznes-forumunda Azərbaycan İqtisadi İnkişafı Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev bildirib.

H.Paşayev forumda çıxış edərkən Azərbaycanın iqtisadi inkişafı, sahibkarlıq və investisiya sahəsində mühiti barədə danışıb və bir sıra göstəriciləri təqdim edib. Nazirlik rəsmisi bildirilib ki, son 8 il ərzində ölkənin xarici ticarəti 7 dəfə, ixracı 10,3 dəfə, iqtisadiyyata kredit qoyuluşları 14,8 dəfə, qeyri-neft sektoruna investisiyalar 9,7 dəfə, o cümlədən daxili investisiyalar 10,9 dəfə artıb.

Forumda çıxış edən Almaniyanın Reynland-Pfalz əyalətinin İqtisadiyyat, Ətraf Mühit, Enerji və Xəritəçəkmə Nazirliyinin nümayəndəsi xanım Culiya Qolomb və Reyn-Hessen əyalətinin Sənaye-Ticarət Palatasının sədri Harald Auqter tədbirin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğunu, iqtisadi nailiyyətlər səbəbindən Azərbaycanın alman sahibkarları üçün maraqlı olduğunu, iqtisadi əməkdaşlığın böyük potensialı barədə danışıblar. Həmçinin H.Auqter bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda nümayəndəlik açmaq və ya yerli qurum vasitəsi ilə fəaliyyət göstərmək niyyətindədir.

Qeyd edək ki, tədbir çərçivəsində həmçinin sahibkarlar arasında ikitərəfli görüşlər keçirilir.

Tədbirdə bildirilib ki, avqustun 30-da Gəncədə III Azərbaycan-Almaniya İqtisadi Forumu keçiriləcək. Bundan başqa, noyabrda iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə işçi qrupunun iclasının keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR