Bank Of Baku

Yaponiya şirkətləri Azərbaycandakı investisiya imkanları ilə maraqlanır

Yaponiya şirkətləri Azərbaycandakı investisiya imkanları ilə maraqlanır
# 27 avqust 2012 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) Azərbaycanda səfərdə olan Yaponiyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Yaponiyanın «Kosugi» şirkətinin prezidenti Saki Kosuginin rəhbərlik etdiyi nümayəndə heyətinə qida və qida texnologiyaları, metallurgiya və bağçılıq sahələrində fəaliyyət göstərən və Tokio Ticarət və Sənaye Palatasına üzv olan şirkətlər daxil idi.

Görüşdə Azpromo tərəfindən yaponiyalı qonaqlara Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, Azərbaycanın xarici investisiyalar üçün «açıq qapı siyasəti» həyata keçirdiyi vurğulanıb və qeyd olunub ki, bir sıra iri layihələrin fəal iştirakçısı olan Azərbaycan həm də investisiya ixracatçısıdır.

Görüş zamanı həmçinin, Azərbaycanın mövcud və potensial investisiya imkanlarına dair təqdimat keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR