Bank Of Baku

Azərbaycan içki istehsalını artırıb

Azərbaycan içki istehsalını artırıb
# 28 avqust 2012 14:28 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 51,1 min dekalitr şampan, 409,6 min dekalitr araq, 494 min dekalitr üzüm şərabı, 3 147,5 min dekalitr pivə, 48,4 min dekalitr brendi (konyak) və 14 098,6 min dekalitr alkoqolsuz içkilər istehsal olunub.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə şampan istehsalı 5,3 dəfə, üzüm şərabı istehsalı 43,5%, pivə istehsalı 15,6%, brendi istehsalı 16,3% alkoqolsuz içkilər istehsalı 12,5% artıb, araq istehsalı isə15,4% azalıb.

Hesabat dövründə ümumi içki istehsalının dəyəri 91 mln. manat təşkil edib ki, bu da ötən ilin ilk yeddi ayına nisbətən 8,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR