Bank Of Baku

Nijni Novqorodda beynəlxalq biznes-sammit keçiriləcək

Nijni Novqorodda beynəlxalq biznes-sammit keçiriləcək
# 29 avqust 2012 11:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 27-29-də Nijni Novqorodda (Rusiya) I beynəlxalq biznes-sammit keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sammitdə əsas etibarı ilə investisiya problemlərinin həllindən danışılacaq və yeni layihələrin təqdimatı aparılacaq. Sammit çərçivəsində Nijni Novqorod şəhərinin investisiya imkanları və bu sahədə əldə olunan nəticələri əks etdirən sərgi təşkil olunması nəzərdə tutulur. Bununla yanaşı Volqa çayı boyunca yerləşən Sənaye və Texnologiyalar Parkına baxış keçiriləcək.

Tədbirdə iştirak etmək istəyənlər (+7 831) 4390548 telefonuna zəng edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR