Bank Of Baku

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Xaçmazda sahibkarlarla görüş keçirib - FOTO

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Xaçmazda sahibkarlarla görüş keçirib - <font color=red>FOTO</font>
# 29 avqust 2012 11:43 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Xaçmaz rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, görüşdə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov da iştirak edib.

Əvvəlcə Dövlət Komitəsinin ölkədəki müxtəlif istehsal müəssisələrində apardığı reydlərdən fotolar nümayiş etdirilib. Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Fazil Talıblı həyata keçirilən reydlərin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Ərazi Dövlət Nəzarəti idarələri tərəfindən cari ilin son 3 ayı ərzindən 350 istehsal sahəsində yoxlama aparılıb. Nəticədə 181 müəssisədə normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsalı müəyyən olub, 45 sahibkarlıq subyektində inzibati xəta aşkar olunduğu üçün protokol tərtib edilərək ümumilikdə 115 500 manat cərimə tətbiq edilib, bu məbləğin 29 100 manatının ödənilməsi təmin edilib.

Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov aparılan yoxlamaların davam etdiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR