Bank Of Baku

Türkiyənin iş adamları Azərbaycanın investisiya imkanları ilə tanış olublar

Türkiyənin iş adamları Azərbaycanın investisiya imkanları ilə tanış olublar
# 29 avqust 2012 15:55 (UTC +04:00)
Bakı - APA-Economics. Türkiyənin “ASKON” təşkilatına daxil olan, yüngül və qida sənayesi, inşaat, mebel, İKT və s. sektorlarda fəaliyyət göstərən 30-a yaxın şirkətinin nümayəndəsi Azərbaycanda səfərdədir.

«APA-Economics»in məlumatına görə, avqustun 29-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (“Azpromo”) Türkiyə şirkətləri ilə görüş keçirilib.

Görüşdə “Azpromo” tərəfindən türkiyəli qonaqlara Azərbaycanın qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğu vurğulanıb. Qeyd edilib ki, bir sıra iri layihələrin fəal iştirakçısı olan Azərbaycan həm də investisiya ixracatçısıdır.

Görüş zamanı Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə geniş məlumat verilmiş, qonaqları maraqlandıran suallar cavablandırılıb, həmçinin “Azpromo” tərəfindən Türkiyə şirkətlərinə ölkəmizdə biznes fəaliyyətinin təşkili istiqamətində bundan sonra da dəstək göstəriləcəyi vurğulanıb.

Azərbaycana səfər çərçivəsində Türkiyə şirkətləri bir sıra görüşlər keçirib, istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR