Bank Of Baku

Bakı Tekstil Fabrikində “məktəbli forması”nın istehsalı və satışı qadağan edilib

Bakı Tekstil Fabrikində “məktəbli forması”nın istehsalı və satışı qadağan edilib
# 30 avqust 2012 09:24 (UTC +04:00)
Araşdırma zamanı müəyyən olunub ki, müəssisə qanunvericiliyə uyğun olaraq məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış məhsullar istehsal edir, ölçü vasitələrinin işlədilməsi qaydaları pozulur, ölçmə vasitələri heç biri müqayisəli dövlət yoxlamasından keçirilməyib, eyni zamanda normativ sənədi olmadığı halda qeyri-qanuni olaraq “məktəbli forması” istehsal (realizə) olunur. Həmçinin müəssisənin istehsal olunan məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin edilməsi üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqaviləsinin olmadığı da müəyyən edilib.

Aşkar olunmuş bu və digər nöqsanlara görə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 4000 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin “Bakı Tekstil Fabriki” MMC-də “məktəbli forması”nın istehsalı, satılması və realizə olunmasını qadağan edən tələbnamə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR