Bank Of Baku

London məhkəməsi Boris Berezovskinin Roman Abramoviçə qarşı iddiasını rədd edib

London məhkəməsi Boris Berezovskinin Roman Abramoviçə qarşı iddiasını rədd edib
# 31 avqust 2012 13:38 (UTC +04:00)
Bakı – APA-Economics. London Yüksək Məhkəməsi mühacir rusiyalı oliqarx Boris Berezovskinin “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçə qarşı 5,5 mlrd. dollarlıq iddiasını rədd edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, hakim Elizabet Qloster iki yəhudi əsilli oliqarxın məhkəmə çəkişməsində iddiaçını haqsız sayıb.

Berezovski bildirib ki, 2000-2003-cü illərdə Abramoviçin təzyiqi ilə bir sıra Rusiya şirkətlərindəki payını bazar dəyərindən aşağı qiymətə ona satmağa məcbur edib və nəticədə 5,5 mlrd. dollar zərərə uğrayıb.

Öz növbəsində Abramoviç iddiaları əsassız adlandıraraq qeyd edib ki, Berezovski heç vaxt onun biznes ortağı olmayıb, 1990-cı illərdə yalnız himayəçilik və lobbiçilik fəaliyyətinə görə müəyyən ödənişlər alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR