Bank Of Baku

Bakının Qaradağ rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Bakının Qaradağ rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
# 03 sentyabr 2012 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qaradağ rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Qaradağ rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək istehsalı müəssisəsinin, müasir ət kəsimi müəssisəsinin, kiçik və ya orta həcmli tikişçilik və toxuculuq müəssisələrinin və müasir şüşə istehsalı müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

«Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər», - deyə nazirlikdən bildirilib.
Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR