Bank Of Baku

Azərbaycanda yerli şirkətlər üçün “Beynəlxalq sərgilərdə iştirak” adlı seminar keçiriləcək

Azərbaycanda yerli şirkətlər üçün “Beynəlxalq sərgilərdə iştirak” adlı seminar keçiriləcək
# 07 sentyabr 2012 10:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Sentyabrın 11-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün “Beynəlxalq sərgilərdə iştirak” adlı seminar keçiriləcək.

“Azpromo”dan “APA-Economics”ə verilən məlumata görə, təlimin əsas məqsədi sərgilərdə iştirak qaydaları və onların idarə edilməsi sahəsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.

Təlim proqramı beynəlxalq ticarət sərgiləri, ticarət sərgisinin seçilməsi, ticarət sərgi layihələrinin idarə edilməsi, brendləşdirmədə marketinqin vacibliyi, təqdimat və sərgi zamanı danışıqların aparılması, lider menecmenti və uğurun izlənilməsi kimi mövzuları əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR