«Dadlı» nişanlı kolbasa və sosiska məmulatlarının istehsalı və satışı qadağan edilib - FOTOSESSİYA
Komitədən «APA-Economics»ə verilən məlumata görə, aparılan yoxlama nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ünvanında fəaliyyət göstərən «Azərdad» MMC-də «Dadlı» nişanlı kolbasa və sosiska məmulatlarının və xammalların saxlanma anbarı, istehsal sahəsi, hazır məhsulların saxlanma soyuducusu, müxtəlif ədviyyatların saxlandığı anbar sanitariya normalarına cavab vermir.
Bundan başqa, müəssisə AZS 088-2003, AZS 100-2003, AZS 104-2003 və AZS 117-2004 standartlarının tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan fəaliyyət göstərir.
Həmçinin istehsal olunan məhsulların mövcud resepturaya əməl olunmadan hazırlandığı müəyyən olunub. Belə ki, kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stabilizatorlardan, kraxmaldan, ət kütləsini artırmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə olunur.
Eyni zamanda məlum olub ki, məhsulların markalanması normativ sənədlərin tələbinə cavab vermir. Belə ki, etiketlərdə məhsul istehsalında kərə yağından istifadə olunduğu qeyd olunsa da, faktiki kərə yağından istifadə olunmur. Araşdırma zamanı müəssisənin anbarında yararlılıq müddəti bitmiş 1/1000 qr olan 110 ədəd duz və 1/25 kq olan Çin istehsalı olan sodium benzonat aşkar edilərək aktlaşdırılıb. Həmçinin yoxlanılan yarım hisə verilmiş «Poltovskaya» və bişmiş hisə verilmiş «Servelat Halal» kolbasalarının təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal olunduğu müəyyən olunub. Müəssisədə mövcud normativ sənəd AZS 372-2012 «Halal» ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər» standartının tələbinə uyğun olaraq «Halal» kolbasa məmulatlarının istehsalı üçün lazımi şərait yoxdur. Belə ki, müəssisənin istehsal etdiyi “Halal” kolbasası digər məhsullarla eyni sexdə istehsal edilir.
Aşkar olunmuş bu və digər nöqsanlara görə «Azərdad» MMC-də kolbasa və sosiska məmulatlarının istehsalı və satışı qadağan edilib.
Sahibkarlıq
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Khalid Khalafalla: Özəl Sektor Forumunda əldə olunan razılaşmalar əməkdaşlıq imkanlarını genişləndirdi
Xəbər Lenti
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Tramp NATO sammitində iştirak etməsinin əsas səbəblərindən biri kimi Ərdoğana duyduğu hörməti göstərib
DÇ-2026: Meksika Çexiyanı, CAR Cənubi Koreyanı məğlub edib
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salınıb
Yaponiya və Venesuelada güclü zəlzələ olub, Venesuelada fövqəladə vəziyyət elan edilib
Livan İsrail və ABŞ ilə ölkənin cənubundakı "pilot zonaların" sərhədlərini müzakirə edir
DÇ-2026: Braziliya və Mərakeş qrupun son oyunlarında qələbə qazanıblar
Vens: ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir
Tramp: Minabdakı məktəbə hücumu ABŞ həyata keçirməyib
İranın uran ehtiyatlarının müsadirə edilməsi üçün ABŞ-ın 672 milyon dollara ehtiyacı var
Tramp: İranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etməsi ABŞ ilə razılaşmanın qarşısını alardı
DÇ-2026: Bosniya və İsveçrə qrupu qələbə ilə başa vurub
Tramp: ABŞ-ın NATO-dakı avropalı müttəfiqlərinin sədaqətinə ehtiyacı var
Bu gün Aşuradır
Lent.az-ın 18 yaşı tamam olur
AB sabah Ukrayna üçün ayrılan 90 milyard avroluq kreditin ilk 3,2 milyard avrosunu verəcək
Tramp: İran ABŞ ilə danışıqlarda çox böyük güzəştlərə gedir
Səbinə Salmanova: Qalibafın Bakıda verdiyi mesajlar Azərbaycan-İran münasibətlərinin real mahiyyətini ortaya qoydu
Rubio İranı BAEA müfəttişlərinin İrana girişinə mümkün qədər tez icazə verməyə çağırıb
Deputat: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsində aparıcı rol oynayır
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
ABŞ və İran heyətləri arasında məsləhətləşmələr iyunun 30-da davam edəcək
Qalibafın mesajları Azərbaycana qarşı təxribatçı dairələrə verilən ən tutarlı cavabdır - RƏY
İyunun 7-də keçirilmiş qəbul imtahanının nəticəsi elan olunub, 16 nəfərin nəticələri ləğv edilib
Zelenski: Belarusda Rusiya dronları üçün istifadə edilən retranslyatorlar Lukaşenkoya ünvanlanan ultimatumdan sonra fəaliyyətini dayandırıb
ABŞ yeddi şəxsi və iki gəmini Rusiya ilə bağlı sanksiyalar siyahısından çıxarıb
AMB əhaliyə müraciət edib: Bank hesablarından vəsaitlərin təkrar silinməsi kibermüdaxilə deyil, texniki nasazlıq aradan qaldırılıb
DÇ-2026: Son tura start verilir
Əraqçi Səudiyyə Ərəbistanı XİN rəhbəri ilə ABŞ-la danışıqları müzakirə edib
Kürdəmirdə "Kamaz" aşıb, xəsarət alan var
Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur
Milli Məclisin sədri Qalibafla görüşüb, regiondakı proseslər müzakirə olunub
Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb
Sertifikasiya üzrə test imtahanının beşinci günündə 6500-ə yaxın müəllim iştirak edib
BMT-nin təxliyə planı çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb
İraq Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb
"Chevrolet Cobalt" Şuşa şəhərciyində xuliqanlıq zəminində tərk edilib, sahibi müəyyən olunub
ÜST: Ebola epidemiyası ilə mübarizə səyləri xəstəliyin yayılma sürətindən geri qalır
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb - YENİLƏNİB
“Neftçi” qvadelupalı müdafiəçi Endryu Qravilyonu transfer edib
Krasnodarda helikopter qəzaya uğrayıb
İranlı deputat Körfəz ölkələrini ittiham edib, Yəmən rəsmisi isə ölkəsindəki humanitar böhrana görə Tehranı günahlandırıb
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
CENTCOM: Suriyada İŞİD-in yüksək vəzifəli lideri öldürülüb
Rəsmi Bakı Fransa XİN-in cavablarını pisləyib: Paris köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir
İyun ayının sosial ödənişləri yekunlaşdırılıb
Belarusda Ukrayna ilə gərginlik fonunda səfərbərlik təlimləri keçirilir