Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri sahibkarları istehsala üstünlük verməyə çağırıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri sahibkarları istehsala üstünlük verməyə çağırıb
# 11 sentyabr 2012 10:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin ilk 8 ayında Azərbaycanda gömrük rüsumları üzrə proqnoz 100,4% yerinə yetirilib.

«APA-Economics»in məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, yanvar-avqust aylarında 770 mln. manat proqnoza qarşı 773 mln. manat toplanıb.

Ölkədə istehsal olunan malların xaricdən gətirilən analoqları ilə bağlı gömrük rüsumlarının tətbiq edilməsi ilə bağlı məsələyə münasibətini açıqlayan komitə sədri bildirib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə də əməkdaşlıq etdiyindən, hansısa sahəyə görə rüsumların artırılması mürəkkəb görünür.

Bununla yanaşı, Aydın Əliyev iş adamlarını ticarətlə məşğul olmaqdansa (yəni xaricdən Azərbaycana mal idxal etməkdənsə) həmin malların istehsalını təşkil etməyə çağırıb: «İndi işləməyin mümkün olduğu çoxlu sahələr var. Onlar istehsal təşkil etməli və ölkə iqtisadiyyatının inkişafına təkan verməlidirlər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR