Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Sabirabad sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Sabirabad sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 11 sentyabr 2012 11:52 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabirabad rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, Fond tərəfindən Sabirabad rayonu üzrə sahibkarlıq subyektlərindən müasir heyvandarlıq kompleksinin yaradılması, kiçik və orta həcmli pambıqçılıq təsərrüfatlarının yaradılması, qabaqcıl texnologiyalara əsaslanan süd emalı müəssisəsinin yaradılması, kiçik və orta həcmli intensiv bağçılıq təsərrüfatlarının yaradılması, müasir meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR