Bank Of Baku

Azərbaycan Latviyada keçiriləcək investisiya forumunda iştirak edəcək

Azərbaycan Latviyada keçiriləcək investisiya forumunda iştirak edəcək
# 11 sentyabr 2012 14:41 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Bu il sentyabrın 20-21-də Latviyanın Latqaliya şəhərində “Latqaliya – Avropa Birliyinin şərq qapısı” mövzusunda II beynəlxalq investisiya forumu keçiriləcək.

APA-Economics”in Latviya mətbuatına istindən xəbərinə görə, forumda 13 ölkənin (Azərbaycan, Belarus, Rusiya, Polşa, Almaniya, Ukrayna, Kanada, Fransa, İspaniya, Norveç, İsveç və Ermənistan) nümayəndələri iştirak edəcək.

Forumda sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədilə Avropa Birliyi və MDB ölkələrinin əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Bundan başqa, Latviya və Latqaliyada investisiya mühiti, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, investisiyaların cəlb olunması məsələlərinə də toxunulacaq, bu sahədə xarici tərəfdaşların təcrübəsi öyrəniləcək.

Forumla paralel olaraq “Latqaliyada istehsal olunub və Dauqavpilsk məhsulu” sərgisi də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR