Bank Of Baku

® Avropanın 5 ulduz şəhəri “Embawood”un 5 ulduzlu “Star City” kolleksiyasında!

<font color=red>® </font>Avropanın 5 ulduz şəhəri “Embawood”un 5 ulduzlu “Star City” kolleksiyasında!
# 12 sentyabr 2012 14:06 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, təqdimatda bildirilib ki, “Star City2 kolleksiyası ilə şirkət özündə beş əfsanəvi Avropa şəhərinin ab-havasını evlərdə yaşatmaq hədəfini qoyub. Kolleksiyaya Stokholm, Milan, Sankt-Peterburq, İstanbul və Venesiya adlı 5 mebel dəsti daxildir. Hər bir dəst mənzilin tam konsept şəklində mebellə təchiz edilməsini təmin edir.

Tədbirdə çıxış edən şirkətin Marketinq Departamentinin direktoru İlkin Manafov bildirib ki, kolleksiyanın hazırlanması zamanı müştərilərin mebeldə axtardıqları faydalar tam təhlil edilib və mənzilin gözlə görünməsi üçün kompleks həllər hazırlanıb: «Qeyd etmək vacibdir ki, “Star City” kolleksiyası ilə «Embawood» brendinin yeni seqmentdə möhkəmlənməsi hiss olunur. “Star City” kolleksiyasının hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, alman və türk dizaynerləri də iştirak edib».

İ.Manafovun sözlərinə görə, şəhər (landmark) dizaynlarına əsasən mebellərin hazırlanması bu sahədə prinsipial yeni istiqamət olaraq zamanın tələbatlarına tam cavab verir. “Star City” kolleksiyasının rəsmi siması olaraq Azərbaycanı “Eurovison-2012” mahnı müsabiqəsində təmsil etmiş Səbinə Babayeva elan edilib.

Tədbirdə həmçinin şirkət kolleksiyasının təqdimatına həsr edilmiş intellektual ailə oyununun birinci mərhələsinin qaliblərini elan edib. Müsabiqə sosial şəbəkələr vasitəsilə həyata keçirilib.

“Star City” kolleksiyası avqustun 15-dən etibarən “Embawood” mağazalarında tam satışa çıxarılıb.

Xatırladaq ki, 1996-cı ildən fəaliyyətə başlayan «Embawood» şirkəti artıq 15 ildir müştərilərin xidmətindədir. Bu dövr ərzində şirkətdə böyük dəyişikliklər baş verib. Şirkət müştəri yönümlü strategiyasını əsas prinsipi olaraq seçib və bu istiqamətdə əsaslı işlər görüb. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla istehsalata alman keyfiyyətini gətirib.

Bundan başqa, şirkətdə müştəri xətti və satışdan sonrakı xidmət sistemi də qurulub. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddət iki ildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR