Bank Of Baku

Almaniyada ixtisasartırma kursu keçmək üçün müsabiqə elan edilib

Almaniyada ixtisasartırma kursu keçmək üçün müsabiqə elan edilib
# 12 sentyabr 2012 15:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi «Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı» çərçivəsində sahibkarların və gənc menecerlərin 2012-ci il noyabr-dekabr aylarında Almaniyada «İqtisadi kooperasiya» mövzusunda ixtisasartırma kurslarına göndərilməsi məqsədilə müsabiqə elan edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müsabiqə Bakı Biznes Tədris Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri tərəfindən sentyabrın sonunda keçiriləcək.

Müsabiqədən uğurla keçənlər Almaniyada ixtisasartırma kursuna göndəriləcək. Proqramda iştirak edənlərə təqaüdlərin verilməsi, onların həyatının sığortalanması və kurs müddətində mənzillə təminat xərcləri (yol xərcləri istisna olmaqla) Almaniya tərəfindən ödəniləcək, sahibkarlar və menecerlər üçün Almaniyanın ixtisaslaşdırılmış mərkəzlərində və müəssisələrdə tədris və təcrübə təşkil olunacaq.

İxtisasartırma kursları sahibkarlar və gənc menecerlərin beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkarlıqların artırılmasına şərait yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR