Bank Of Baku

ABŞ milyarderlərinin siyahısına iki qardaş və bacı daxil olub

ABŞ milyarderlərinin siyahısına iki qardaş və bacı daxil olub
# 19 sentyabr 2012 07:30 (UTC +04:00)
Bakı – APA-Economics. Bu il “Bloomberg”in tərtib etdiyi ABŞ milyarderlərinin reytinqinə 3 yeni şəxs – Çin əsilli Çao ailəsinin üzvləri daxil olub.

APA-Economics”in xəbərinə görə, Ceyms və Elbert Çao qardaşları, eləcə də onların bacısı Doroti Çao Cenkins rəhbərlik etdikləri “Westlake Chemicals” kimya şirkətinin uğurları sayəsində siyahıda yer alıb.

Bu il şirkətin səhmləri 90% artıb. Bununla da müəssisənin səhmlərinin 70%-nə sahib olan bacı-qardaşların hər biri 1,4 mlrd. dollar qazanıb. “Westlake Chemicals”ın uğuru onun məhsullarına, ilk növbədə polietilen və süni dəriyə tələbatın artması ilə bağlıdır.

Əsası 1986-cı ildə qoyulan “Westlake” ABŞ-da və xaricdə 21 müəssisənin, o cümlədən Çinin aparıcı plastik məhsullar istehsal edən “Suzhou Huasu Plastics” şirkətinin sahibidir. Ceyms Çao şirkətin Direktorlar Şurasının sədri, Elbert prezidenti və baş direktoru, Doroti isə şuranın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR