Bank Of Baku

400 ən varlı amerikalının reytinqinə yenə də Bill Geyts başçılıq edir

400 ən varlı amerikalının reytinqinə yenə də Bill Geyts başçılıq edir
# 20 sentyabr 2012 07:29 (UTC +04:00)
Bakı – APA-Economics. “Forbes” jurnalı tərəfindən hər il dərc olunan 400 ən varlı amerikalının reytinqinə yenə də “Microsoft” şirkətinin banisi Bill Geyts başçılıq edir.

APA-Economics”in xəbərinə görə, ötən bir il ərzində B.Geyts varidatını 7 mlrd. dollar artıraraq 66 mlrd. dollara çatdırıb.

İkinci yerdə gələn sərmayəçi Uorren Baffetin də sərvəti eyni həcmdə artıb və 46 mlrd. dollar təşkil edib.

Üçüncü yerdə 41 mlrd. dollarlıq göstərici ilə “oracle” şirkətinin banisi Larri Elison gəlir. O, 2011-ci ildən bəri varidatını 20% (8 mlrd. dollar) artırıb ki, bu da 400 nəfər arasında ən yaxşı göstəricidir.

Ən zəngin amerikalıların reytinqində 4-5-ci yerləri hərəyə 31 mlrd. dollarlıq göstərici ilə “Koch Industries” korporasiyasının sahibləri Çarlz və Devid Koxi qardaşları tutur.

Siyahıda 6-9-cu pillələri “Walmart”ın sahibi Uolton ailəsinin üzvləri (27,9-26,1 mlrd. dollar) tutur. Altıncı yerdə qərarlaşan Kristi Uolton ABŞ-ın ən varlı qadınıdır.

İlk onluğu 25 mlrd. dollarlıq göstərici ilə Nyu-York meri Maykl Blumberq tamamlayır.

“Facebook” sosial şəbəkəsinin banisi Mark Tsukerberq ötən bir il ərzində 8,1 mlrd. dolalr itirərək 12 pillə geriləyib. “Bloomberg”in qiymətləndirməsinə görə, hazırda onun sərvəti 9,4 mlrd. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR