Bank Of Baku

Bakıda yerli sahibkarlar üçün «İxrac elementləri» mövzusunda seminar keçirilib

Bakıda yerli sahibkarlar üçün «İxrac elementləri» mövzusunda seminar keçirilib
# 21 sentyabr 2012 10:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkilatçılığı ilə yerli sahibkarlar üçün «İxrac elementləri» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, seminarda irlandiyalı mütəxəssislər Cerry Morisey və Karen Rozvell sahibkarlara beynəlxalq ticarətdə risklərin minimuma endirilməsi, beynəlxalq biznesin aparılmasının əsas elementləri, kiçik sahibkarların ixrac əməliyyatları zamanı qarşılaşdığı problemlərin aradan qaldırılması yolları, həmçinin xarici investorların ölkəyə cəlb edilməsi istiqamətində təqdimatla çıxış ediblər.

Daha sonra ekspert İlkin Qarayev beynəlxalq ticarətdə təhlükəsizliyin artırılması, alıcı və satıcı risklərinin azaldılması üçün qəbul edilmiş ödəmə üsulları mövzusunda geniş təqdimatla çıxış edib.

İ.Qarayev bildirib ki, beynəlxalq ticarətlə məşğul olan iş adamları öz fəaliyyətləri zamanı hansı risklərlə qarşılaşa biləcəyini yaxşı anlamalıdır ki, ticarətin maliyyələşdirilməsi zamanı doğru qərar qəbul edə bilsinlər. Ekspert beynəlxalq ticarətin çətinliklərindən biri kimi valyuta risklərini misal gətirib. Belə ki, ekspertin fikrincə, beynəlxalq ticarətdə satıcı çox vaxt malını xarici valyutaya satmalı olur. «Əgər müqavilədə göstərilmiş valyutanın qiyməti malın satıldığı və ödənişin alındığı müddətdə aşağı düşərsə, bu zaman satıcı ticarət əməliyyatlarından əldə edəcəyi gəlirin bir hissəsini və ya hamısını itirə bilər. Belə çətinliklərə başqa misal olaraq deyə bilərəm ki, idxalçı və ixracatçı beynəlxalq ticarətin iştirakçıları olduqda onlar müxtəlif ölkələrin qanunları, gömrük proseduraları və hətta dil problemləri ilə qarşılaşırlar».

İ.Qarayev daha sona sahibkarların beynəlxalq ticarətdə üzləşdikləri problemlərin aradan qaldırılması, onların həlli yolları haqqında danışıb.

Qeyd edək ki, tədbirdə 20-yə yaxın sahibkar iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR