Bank Of Baku

Zaqatalada yerli ixracatçılar üçün təlim proqramı keçirilib

Zaqatalada yerli ixracatçılar üçün təlim proqramı keçirilib
# 21 sentyabr 2012 15:05 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə sentyabrın 17-21-də Zaqatalada yerli fındıq ixracatçıları üçün təlim keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə yerli fındıq ixracatçıları iştirak ediblər.

Təlim zamanı Şimali İrlandiyadan dəvət olunmuş ixracın təşviqi üzrə mütəxəssislər tərəfindən yerli şirkətlərə ixrac marketinqi, xarici bazarlarda rəqabət, yeni müştərilərin tapılması, bazar araşdırmalarının aparılması, internet vasitəsilə satış, beynəlxalq sərgilərdə iştirak mövzularında mühazirələr oxunub.

Tədbir çərçivəsində həmçinin “Azsertifika” şirkətinin direktoru Seymur Cəfərov keyfiyyətin idarəedilməsi, sertifikatlaşdırma, keyfiyyət üzrə tələblər, məhsulların daşınması, Azərbaycan Bank Tədris Mərkəzinin mütəxəssisi İlkin Qarayev isə maliyyə riskləri, ödəniş metodları, bank zəmanətlərinə dair təqdimatlarla çıxış ediblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 2012-ci ilin may ayında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında yerli ixracatçılar üçün təlim proqramının keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. “İxracatçılar üçün Təlim Proqramı”nın məqsədi yerli sahibkarların ixrac prosedurları, xarici bazarlar və ixrac imkanları barədə məlumatlandırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR