Bank Of Baku

Azərbaycan Aktauda keçiriləcək investisiya forumunda iştirak edəcək

Azərbaycan Aktauda keçiriləcək investisiya forumunda iştirak edəcək
# 22 sentyabr 2012 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 24-26-də Qazaxıstanın Aktau şəhərində «KazMunayQaz» dövlət şirkətinin və Manqıstau, Atırau və Qərbi Qazaxıstan vilayətlərinin hakimiyyət qurumlarının dəstəyi ilə «Qərbi Qazaxıstanda yeni istehsal sahələrinin yaradılması» mövzusunda İnvestisiya Forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, forumda Qazaxıstanın qərb vilayətlərinin iqtisadi potensialı, investisiya mühiti və biznes layihələri barədə təqdimatın keçirilməsi nəzərdə tutulur. Tədbirdə Qazaxıstanın dövlət qurumlarının nümayəndələri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edəcəklər. Azərbaycanlı iş adamları da forumda iştirak üçün dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR