Bank Of Baku

Bakıda Azərbaycan-Volqoqrad biznes forumu keçirilib - FOTO

Bakıda Azərbaycan-Volqoqrad biznes forumu keçirilib - <font color=red>FOTO</font>
# 24 sentyabr 2012 11:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan və Rusiya arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib və qeyd edib ki, hazırda Azərbaycanın Rusiyanın 82 subyektindən (region) 70-i ilə əməkdaşlıq edir və sıx əlaqə qurub: «Yaxın gələcəkdə Azərbaycan ilə Volqoqrad vilayəti arasında ticari-iqtisadi, elm və mədəniyyət sahələri üzrə əməkdaşlığa dair saziş imzalanacaq».

Nazir onu da bildirib ki, tərəflər kənd təsərrüfatı, kimya sənayesi, turizm, tranzit daşımalar və s. sahələrdə əməkdaşlıq edə bilər.

Öz növbəsində, S.Bojenov Volqoqrad vilayətinin tarixindən və iqtisadi potensialından danışıb və vilayətin Azərbaycanla tranzit daşımalar və turizm sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib: «Volqoqrad vilayətinin kənd təsərrüfatı sürətlə inkişaf edir. Lakin kənd təsərrüfatı məhsullarının emalında bəzi çatışmazlıqlar var və biz Azərbaycanı bu sahədə əməkdaşlığa dəvət edirik».

S.Bojenov onu da bildirib ki, 2013-cü ilin may ayında analoji tədbir Volqoqradda keçiriləcək.

Tədbirdə Azromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, Volqoqrad vilayətinin iqtisadiyyat, xarici iqtisadi əlaqələr və investisiyalar naziri xanımı Elvira Laqutina isə Volqoqradın investisiya imkanlarına dair təqdimatla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR