Bank Of Baku

Şirzad Abdullayev: «Yeni çörək müəssisələri Bakının keyfiyyətli çörəklə təmin edilməsində ciddi rol oynayacaq»

Şirzad Abdullayev: «Yeni çörək müəssisələri Bakının keyfiyyətli çörəklə təmin edilməsində ciddi rol oynayacaq»
# 26 sentyabr 2012 13:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən sahibkarlıq subyektlərinə ayrılan güzəştli kreditlər hesabına paytaxt və onun ətrafında yaradılan müasir çörək müəssisələri Bakının keyfiyyətli çörəklə təmin edilməsində ciddi rol oynayacaq.

«APA-Economics»in məlumatına görə, bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

«Əsasən 11 müasir çörək istehsalı müəssisəsini qeyd etmək istərdim ki, bu müəssisələr Bakının keyfiyyətli çörəklə təmin edilməsində ciddi rol oynayacaq. Bu müəssisələrdə yeni istehsal, o cümlədən Avropadan alınmış yeni çörək xətlərinin qurulması çörəyin keyfiyyətini artırması ilə yanaşı, onun maya dəyərinin aşağı düşməsinə, gələcəkdə isə çörəyin qiymətinin müsbət mənada aşağı düşməsinə təsir göstərəcək», - deyə Ş.Abdullayev bildirib.

Ş.Abdullayev onu da qeyd edib ki, 2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına Bakıətrafı qəsəbələrdə 362 investisiya layihəsinin maliyyələşdirilməsinə 57,2 mln. manat güzəştli kredit verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR