Bank Of Baku

Azərbaycan 2013-cü ildə sahibkarların güzəştli kreditləşdirilməsini artıracaq

Azərbaycan 2013-cü ildə sahibkarların güzəştli kreditləşdirilməsini artıracaq
# 26 sentyabr 2012 13:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin həcmi 2013-cü ildə bir qədər də artırılacaq. Bu barədə «APA-Economics»ə SKMF-in icraçı direktoru Şirzad Abdullayev məlumat verib.

Onun sözlərinə görə, ötən illər ərzində SKMF tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin qaytarılma həcmi ilbəil artıb: «Bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 200 mln. manat həcmində güzəştli kreditlərin verilməsi nəzərdə tutulub ki, bunun 110 mln. manatı SKMF, 90 mln. manatı isə dövlət büdcəsindən ayrılacaq». Artıq bu məbləğin 164,3 mln. manatı yerləşdirilib.

Ş.Abdullayev onu da bildirib ki, sahibkarlar tərəfindən SKMF-a 80 mln. manat məbləğində vəsait geri qaytarılıb, bu da proqnozdan çox olub: «Xoş haldır ki, SKMF tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin qaytarılmasında müsbət tendensiya var. Qrafik üzrə geriqaytarma ilə yanaşı, sahibkarlar tərəfindən vaxtından öncə ödənişlər həyata keçirilir. Bu isə öz növbəsində növbəti illərdə Fond tərəfindən ayrılan güzəştli kreditlərin ümumi həcmini artırmağa imkan yaradacaq».

Qeyd edək ki, proqnozlara əsasən, 2012-ci ildə geri qaytarılacaq vəsaitin həcmi 110 mln. manat təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR