Bank Of Baku

Azərbaycanın qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi artır

Azərbaycanın qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi artır
# 27 sentyabr 2012 12:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsi üçün avadanlıqların istehsalına başlanıb. “APA-Economics”in xəbərinə görə, bunu sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib.

Onun sözlərinə görə, artıq Sumqayıtdakı Sənaye parkında günəş panelləri və LED lampaları istehsal edilir: “Hökumətin əsas məqsədi ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılmasıdır. Bunun nəticəsində əgər 2010-cu ilədək ölkə iqtisadiyyatına yatırılan investisiyaların 80-90%-i neft sektoruna yönəlirdisə, 2010-cu ildən bu vəziyyət dəyişib. Elə həmin il investisiyaların 70%-i qeyri-neft sektoruna yönəldilib, 30%-i neft sahəsinə qoyulub. Bu dəyişikliyə hökumət ölkədə yeni sənaye müəssisələrinin qurulması ilə nail olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR